Ukraynanın NATO-ya daxil olması ilə bağlı qərarı NATO-nun baş katibi Yens Stoltenberq deyil, NATO üzvləri verəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Xosep Borrell İspaniyanın Sexta telekanalına müsahibəsində bildirib.
Stoltenberq apreldə Kiyevə səfəri zamanı ölkənin təşkilata girəcəyini bildirib.
"Bu, NATO-nun baş katibindən deyil, təşkilatın üzvlərindən asılıdır", - Borrell bildirib.
Eyni zamanda o, hazırda bu məsələnin gündəmdə olmadığını vurğulayıb. Bundan əlavə, Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, hələ münaqişə başlamazdan əvvəl bu prosesə baxılmayıb.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin münaqişə bitənə qədər NATO üzvü olmayacağını, əksinə, tərəfdaşların dəstəyini almaq istədiyini bildirmişdi. O qeyd edib ki, bunu artıq indiki dövrdə təşkilata dəvətlə ifadə etmək olar.
E.ŞİRİNOV