Gürcüstan hakimiyyəti Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil. Ölkə parlamentinin spikeri Şalva Papuaşvili bu qərarı dövlətin milli maraqları və Tbilisinin Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirməmək istəyi ilə izah edib.
Tezadlar.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
Papuaşvili deyib: “Gürcüstan xalqımızın milli maraqlarına əsaslanaraq Rusiyaya qarşı ikitərəfli sanksiyalar tətbiq etmək niyyətində deyil ki, münasibətlər gərginləşməsin”.
O qeyd edib ki, Tbilisi hələ də “Rusiya ilə mümkün hərbi münaqişə riski altındadır”.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman verib. Tbilisi bunu təxribat kimi qiymətləndirib və bu qərarı müzakirə etmək üçün ölkənin Təhlükəsizlik Şurasını çağırmağı planlaşdırdığını açıqlayıb.
E.ŞİRİNOV