Rusiya prezidenti Vladimir Putin Braziliya prezidenti Luiz İnasiu Lula da Silva ilə telefon danışığı zamanı Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı dialoqa hazır olduğunu təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya prezidenti Ukrayna ətrafında vəziyyətin inkişafına fundamental qiymət verib, eyni zamanda Rusiya tərəfinin siyasi və diplomatik yolda dialoqa açıq olduğunu təsdiqləyib", - prezidentin nümayəndələri bildiriblər.

Bununla yanaşı, Rusiya lideri danışıqlar prosesinin hələ də Kiyev və onun Qərb müttəfiqləri tərəfindən əngəlləndiyini vurğulayıb.

Lula da Silva da öz növbəsində, Ukrayna münaqişəsinin həlli üçün vasitəçilik təkliflərindən danışıb.

Prezidentlər Ukrayna ilə yanaşı, Rusiya-Braziliya strateji tərəfdaşlığı məsələlərini də müzakirə edib və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. BRİKS və digər beynəlxalq formatlar çərçivəsində birgə iş məsələsi də qaldırılıb.

Daha əvvəl bildirilib ki, Putin telefon danışığı üçün “Biznes Rusiya” təşkilatının üzvləri ilə görüşü yarımçıq kəsməli olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN