Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə axşamı jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Moskva və Moskva vilayətinə pilotsuz təyyarələrin hücumundan sonra xüsusi müraciətlə çıxış etməyi planlaşdırmır.

"Hazırda xüsusi planlar yoxdur", - Kreml sözçüsü bununla bağlı suala cavab verib. “Lakin biz bilirik ki, Allaha şükürlər olsun ki, tələfat yoxdur və hazırda Moskva və Moskva vilayətinin sakinləri üçün təhlükə yoxdur”, - o əlavə edib.

Peskovun sözlərinə görə, hücum “Xüsusi hərbi əməliyyatın davam etdirilməsi və məqsədlərə çatmağın zəruriliyini bir daha təsdiqləyir”.

Eyni zamanda, mətbuat katibi səhər pilotsuz təyyarə hücumundan sonra Moskvanın təhlükəsizliyi ilə bağlı suala cavab verməyib. “Mən paytaxtın təhlükəsizlik məsələlərinə münasibət bildirə bilmərəm, bir daha təkrar edə bilərəm ki, Müdafiə və Hava Hücumundan Müdafiə Nazirliyi yaxşı işləyib”. Belə hadisələr fonunda vətəndaşların nəyə hazır olması ilə bağlı aydınlaşdırıcı sualı Peskov cavabsız qoyub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN