Ukrayna Silahlı Qüvvələri Krasnolimanski istiqamətində Kremennaya yaxınlığındakı meşədə mövqelərini itirir.
Tezadlar.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” silahlı qüvvələr sıralarında olan mənbələrə istinadən məlumat yayıb.
"Vəziyyət Baş Qərargahın (Ukrayna - red.) bəyanatından daha mürəkkəbdir", - nəşr yazıb.
Mənbələr xüsusilə qeyd edib ki, Krasnolimanski istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölməsi Rusiya ordusunun hücumları səbəbindən geri çəkilməli olub.
Təqaüddə olan LPR polkovnik-leytenantı Andrey Maroçko daha əvvəl bildirmişdi ki, Ukrayna qoşunları Kremennaya və Lisiçansk şəhərlərinə doğru irəliləməyə cəhd edərək uğursuz hücum cəhdləri edir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri canlı qüvvə və texnika itkisinə məruz qalır, bununla belə, yenidən qruplaşdırıldıqdan və itkiləri artırdıqdan sonra RF Silahlı Qüvvələrinin möhkəmləndirilmiş ərazilərini yarmaq cəhdləri davam edir.
E.ŞİRİNOV