"Bəzi sosial şəbəkə səhifələrində daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri ilə bağlı qəsdən əsassız, faktsız və sübutsuz iddialar tirajlanır".

Bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, təqsirləndirilən şəxslərin azadlığa buraxılması halları ilə bağlı iddialar kökündən yalnış olmaqla, qərəzlidir.

O qeyd edib ki, polis tərəfindən cinayət qanunvericiliyi ilə müəyyən olunan, cəza təhdidi altında qadağan olunan ictimai təhlükəli əməllərə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunan heç bir şübhəli, yaxud təqsirləndirilən şəxsin istintaqına xitam verilməyib: "Əgər hansısa polis orqanında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı hansısa formada şübhəli, yaxud təqsirləndirilən şəxsin istintaqdan yayındırılması ilə bağlı fakt, əsaslı iddia varsa, bu, Daxili İşlər Nazirliyinə təqdim oluna bilər. Anonimlik təmin olunacaq".

E.Hacıyev narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin kampaniya xarakteri daşımadığını vurğulayıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN