2022-ci ildə ukraynalı qaçqınlara Çexiya dəstəyinin məbləği açıqlanıb. Bu barədə yerli “ChTK” agentliyi yazıb.
Ölkə Xarici İşlər Nazirliyinin sənədindən məlum olduğu kimi, Çexiya ötən il respublikaya gələn ukraynalı qaçqınlara kömək üçün 14 milyard kron (640 milyon dollar) ayırıb.
2023-cü ilin mart ayında Çexiyadakı ukraynalı qaçqınlar üçün müavinətlərin azaldıldığı bildirilir. Prezident Petr Pavel Konstitusiyaya 66/2022 saylı qanuna dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
O cümlədən, azyaşlı ukraynalı miqrantlar üçün aylıq müavinət yaşayış minimumu 3490 kron (12,2 min rubl), yetkin ukraynalılara 4860 kron (17 min rubl) məbləğində ödənişlər təyin edilib. Əvvəllər, gəlişdən və müvafiq sənədləri doldurduqdan sonra ilk beş ay ərzində miqrantlara 5000 kron (17,5 min rubl) ödənilib, sonra bu məbləğ tədricən azalıb.
E.ŞİRİNOV