Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson yenidən ata olub.

Tezadlar.az-ın məlumatına görə, bu barədə “Daily Mail” onun həyat yoldaşı Kerri Consona istinadən xəbər verib.

Nəşrin məlumatına görə, cütlüyün oğlan uşağı olub. Ona Frank Alfred Odysseus Conson adı verilib.

Kerri Conson sosial şəbəkədəki səhifəsində yeni doğulan oğlu ilə silsilə fotolar yayımlayıb. O, şəkillərin altındakı paylaşımda körpənin iyulun 5-də səhər doğulduğunu bildirib.

Qeyd edək ki, bu, cütlüyün üçüncü övladıdır. Eyni zamanda, Conson özü səkkizinci dəfə ata oldu: onun keçmiş həyat yoldaşı Marina Uilerdən daha dörd yetkin övladı və sənətşünas Helen Makintayrdan qeyri-qanuni qızı var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN