Rusiya prezidenti Vladimir Putinin sentyabrın 1-nə planlaşdırılan “Vaciblər haqqında söhbətlər” adlı açıq dərsi Moskva vaxtı ilə saat 14:30-dan sonra keçiriləcək.
Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib
Onun sözlərinə görə, dərs televiziya ilə yayımlanacaq. Sonra Vladimir Putin Rusiyanın müxtəlif regionlarından olan uşaqlarla “heç bir protokol olmadan ünsiyyət quracaq”.
Kreml avqustun 31-də dövlət başçısının dərsini açıqlayıb. Sonra məlumat verilib ki, tədbirdə yüksək təhsil nailiyyətləri olan, həmçinin beynəlxalq olimpiada və yarışlarda qalib gəlmiş 30 məktəbli iştirak edəcək.
5 sentyabr 2022-ci il tarixindən etibarən həftəlik “Vaciblər haqqında söhbətlər” rus məktəblərində bazar ertəsi keçirilir. Bu vətənpərvərlik dərsləri 1-11-ci sinif şagirdləri üçün dərsdənkənar fəaliyyət olmasına baxmayaraq, iştirak etmək tələb olunur. Dərslər zamanı xüsusilə məktəblilərə xüsusi hərbi əməliyyatdan danışılır.
E.ŞİRİNOV