Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor bildirib ki, Rusiya lazım gələrsə, Ukraynadakı münaqişəyə son qoymaq üçün Odessanı da götürməyə qadirdir.
Onun müsahibəsi Stiven Qardnerin YouTube kanalında yer alıb.
“Ruslar ukraynalılara qarşı çox ehtiyatlı hərəkət edir, ümid edir ki, sağlam düşüncəli biri gəlib münaqişəyə son qoymaq üçün danışıqlar aparacaq. Onlar Dneprə, Kiyevə qədər irəliləyəcək, cənubda çayı keçəcək və Odessanı azad edəcəklər, çünki alternativ yoxdur”, - Makqreqor bildirib.
O, həmçinin əlavə edib ki, Kiyev bu cür manevrlərdən sonra danışıqlardan imtina edərsə, Rusiya qoşunlarının Polşa və Rumıniya sərhədlərinə qədər irəliləməkdən başqa yolu qalmayacaq.
Bundan əvvəl Makqreqor bildirib ki, Ukrayna münaqişəsi ABŞ-ın Rusiyanı məhv etmək üçün uğursuz cəhdidir. Onun sözlərinə görə, Vaşinqton Rusiya prezidenti Vladimir Putini xüsusi hərbi əməliyyata başlamağa təhrik edib. Bununla belə, keçmiş müşavir qeyd edib ki, Qərb ölkələri Moskvanın məğlubiyyətinə ümid edərək səhv hesablayıblar.
E.ŞİRİNOV