Ötən həftə Rusiyada həbsxanada dünyasını dəyişən rusiyalı dissident Aleksey Navalnının cənazəsi ailəsinə təhvil verilib.

Navalnının mətbuat katibi Kira Yarmış sosial media hesabından verdiyi açıqlamada yazıb: "Alekseyin cənazəsi anasına təhvil verildi. Bizimlə bunu istəyən hər kəsə təşəkkür edirəm. Ümid edirik ki, Rusiya hökuməti Navalnının dəfninə mane olmayacaq”.

Xatırladaq ki, Rusiyanın müxalifətçisi Aleksey Navalnı zəhərlənmə səbəbiylə Almaniyanın paytaxtı Berlində müalicə aldıqdan sonra 17 yanvar 2021-ci ildə paytaxt Moskvaya qayıdarkən hava limanında saxlanılaraq həbs edilmişdi.

Rusiya Federal Hüquq-Mühafizə Xidmətinin (FSIN) tələbi ilə 2 fevral 2021-ci il tarixində Moskva Şəhər Məhkəməsində Navalnıya qarşı qaldırılan iş üzrə məhkəmə yekunlaşdı: ona keçmişdə korrupsiya işi nəticəsində verilən 3,5 il şərti həbs cəzası məhkəmə nəzarəti şərtlərini yerinə yetirmədiyi üçün normal həbs cəzasına çevrildi.

Aleksey Navalnı 2022-ci ilin yanvarında “Rusiyada terrorizm və ekstremizmlə əlaqəli şəxslər” siyahısına daxil edilmişdi. Rusiya məhkəməsi 2023-cü ilin avqustunda həbsdə olan Navalnıya “ekstremist icma yaratmaq” ittihamı ilə 19 il həbs cəzası vermişdi. FSİN fevralın 16-da məhbus Aleksey Navalnının həbsxanada öldüyünü və hadisənin səbəbinin araşdırılacağını bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN