Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skrzypçakın hesablamalarına görə, bu gün Ukraynada 200 minə yaxın əsgər yoxdur.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “RMF FM” radiosunun efirində bildirib.

“Ukrayna böyük problemlə üz-üzədir – kiminlə döyüşmək lazımdır... Cəbhədə 150-200 min əsgər yoxdur, bu, Kiyev hökuməti üçün böyük problemdir”, - o deyib.

General vurğulayıb ki, əsgər çatışmazlığını tez bir zamanda doldurmaq mümkün deyil, çünki onun təbirincə desək, “heç vaxt orduda olmayan insanların təlimi ən azı altı ay çəkməlidir”.

Oktyabr ayında “Time” jurnalı Zelenskinin köməkçisinə istinadən yazıb ki, Ukrayna qoşunlarının sıraları o qədər azalıb ki, hərbi komissarlıqlar orta hesabla 43 yaşlı insanları hərbi xidmətə çağırmağa məcbur olublar.

Çərşənbə günü səhər saatlarında Rabotino yaxınlığında təslim olan Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü bu gün səngərlərdə birinci sırada döyüşənlər barədə “RİA Novosti”-yə danışıb. Onun sözlərinə görə, cəbhə xəttində çox az sayda gənc hərbi qulluqçuya rast gəlmək olar. Və çox vaxt komandirlərinin əmrlərini yerinə yetirməkdən imtina edirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN