“Vətən naminə Tavuş” erməni hərəkatının lideri Baqrat Qalstanyan ölkənin Daxili İşlər Nazirliyinin binası yaxınlığında keçirilən mitinqdə Ermənistanın daxili işlər naziri Vahe Qazaryanla görüş tələb edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, Qalstanyan və tərəfdarları nazirliyin yaxınlığında etiraz aksiyası keçirirlər.

“Vətən üçün Tavuş” hərəkatının lideri deyib: “Mən insancasına danışmaq üçün Vahe Qazaryana kişi kimi müraciət edirəm, ümid edirəm ki, bu müraciətimi qəbul edəcək”.

Daxili İşlər Nazirliyinin nümayəndələri etirazçılara nazirin planlaşdırdığı görüşlər olduğunu və müxalifətlə görüşə bilməyəcəyini bildiriblər.

Qeyd edək ki, mayın 27-də səhər Ermənistanın müxtəlif şəhərlərində etiraz aksiyaları başlayıb. Onlara Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri və “Vətən adına Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik edirdi. O və tərəfdarları hökumət başçısı Nikol Paşinyanın istefasını tələb ediblər. Müxalifət bu vəzifəyə arxiyepiskopun namizədliyini irəli sürüb.

Beynəlxalq İnsan İnkişafı Mərkəzinin sədri, Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə keçmiş müşaviri Tevan Poqosyan “NEWS.ru”-ya bildirib ki, Ermənistan hökuməti baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarının liderləri ilə danışıqlar aparmaq istəmədiyini nümayiş etdirib. Onun fikrincə, bunu respublikanın hüquq-mühafizə orqanlarının mitinqlərə reaksiyası sübut edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN