Azərbaycanda fəaliyyət göstərən üç əsas mobil şirkətləri arasında rəqabət getdiyi bir vaxtda ortaya maraqlı məqamlar çıxır...

Mənə məxsus NAR nömrəyə (070210....) xidmət səviyyəsi aşağı olduğundan nömrəni ötən il Azercell- ə daşıdım. Az keçmiş NAR- dakı xanımlar bütün günü zəng edib sərfəli paketlər təklif edərək əl çəkmədilər ki, geri qayıdın və s. Qısası, məni yoldan çıxardılar və təzədən NAR- a qayıtdım... Neçə aydır NAR- dayam, lakin problemlər əl çəkmir. 10 manatlıq paketdən istifadə edirəm ( əvvəl 9 manat idi, dedilər ki, benzinin qiyməti qalxıb, bizdə də qiymət qalxıb). İki gündür 10 əvəzinə 13 manat yükləmişəm, lakin interneti kəsiblər, danışıq dayandırılıb. Niyə? Səbəb nədir? Məlumat verilmir... Məcbur olub 777- yə zəng etdim, təsəvvür edirsinizmi, operator 21 dəqiqədir cavab vermir, musiqi qoşublar... Düşünürəm ki, ya bu operatorun məsuliyyətsizliyidir, ya da şikayətçilər o qədər çoxdur ki, müştəri bu qədər gözləyir...

Onu da deyim ki, gözləmə 21-ə doğru gedəndə züm telefonu qapatmalı oldum...

İndi düşünürəm ki, NAR rəhbərliyi bu məsələləri diqqətə alsın. 

Sonda: artıq məcburam ki, nömrəmi başqa mobil operatorlara daşıyam...

Asif MƏRZİLİ

img_5118

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN