Rusiya Daxili İşlər Nazirliyi “Rossiya-1” telekanalının jurnalisti və keçmiş teleaparıcısı Fəridə Kurbanqaleyevanı (terrorçuluğa bəraət qazandırmaq işində ekstremistlər siyahısına daxil edilib) axtarışa verib.
“Kurbanqaleyeva Fəridə Rəşidovna. 27.08.1979. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olub", - Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında deyilir. Lakin onun hansı maddə ilə axtarışa verildiyi açıqlanmır.
Hüquq-mühafizə orqanları sonradan əlavə edib ki, Kurbanqaleyeva Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa açıq bəraət qazandırmaq və ya terrorizmin təbliği) maddəsi ilə axtarışdadır.
E.ŞİRİNOV