NATO-nun təsir dairəsini genişləndirmək istəyi Rusiya Federasiyası ilə Avropa ölkələri arasında qurulmuş təhlükəsizlik arxitekturasının məhvinə gətirib çıxartdı.

Tezadlar.az xəbər verir ki, bu barədə norveçli politoloq Qlenn Dizen X sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Rusiya onilliklər ərzində ümumavropa təhlükəsizlik arxitekturasını inkişaf etdirmək və Qərblə inteqrasiya etmək istəyir. Dizenin sözlərinə görə, Alyansın hegemonluq istəyi 2014-cü ildə buna son qoyub.

Ekspert əlavə edib ki, bu səbəbdən Rusiya diqqətini Şərqə yönəldib, çünki NATO-nun ambisiyaları Moskvanı “qəzəbləndirib”.

Bundan əvvəl BMT-dəki Şiller İnstitutunun Nyu-Yorkdakı nümayəndəsi Riçard Blek bildirib ki, ABŞ-da seçicilərin əksəriyyəti Şimali Atlantika Alyansının Ukraynanın köməyi ilə Rusiyaya strateji məğlubiyyət vermək istəyini dəstəkləmir. Onun fikrincə, Ukrayna faktiki olaraq ABŞ-ın öz məqsədləri üçün istifadə etdiyi vasitəçiyə çevrilib.

Öz növbəsində, ABŞ prezidenti Co Bayden ABŞ və NATO-nun Ukraynanı dəstəkləmək və Rusiyaya qarşı çıxmaq üçün ölkələrin koalisiyasını saxlayacağına əminliyini ifadə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN