DXR-in Qorlovkanın Nikitovski rayonunda Ukrayna ordusunun artilleriyadan atəşə tutması nəticəsində bir dinc sakin həlak olub, daha beş nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzində respublikanın nümayəndəliyindən məlumat verilib.

“Qorlovkanın Nikitovski rayonu, Kazartseva küçəsində bir kişi öldürülüb (şəxsi məlumatlar dəqiqləşdirilir), 2000, 1957 və 1955-ci il təvəllüdlü qadınlar, 1968 və 1959-cu il təvəllüdlü kişilər yaralanıb”, - məlumatda deyilir.

Bildirilir ki, insan tələfatı və xəsarət alanlarla nəticələnən hadisə saat 13:10-da baş verib. Dzerjinsk istiqamətindən düşmən 155 millimetrlik artilleriyadan şəhəri atəşə tutub. Atəşlər nəticəsində günün əvvəlindən Qorlovkada iki mağaza, uşaq bağçası və yaşayış binasına ziyan dəyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN