Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Suraxanı rayonundakı Qaraçuxur qəsəbə məscidinə gələrək burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, söhbət zamanı Komitə sədri ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən, konfessional baxımdan müxtəlif icmaların nümayəndələrinə və onların dini ibadət yerlərinə göstərilən qayğıdan danışıb. Bildirib ki, milli-mənəvi dəyələrimizin qorunması, inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü və tapşırıqlarına əsasən, müxtəlif bölgələrimizdə onlarla məscid, dini məbəd, tarixi abidə, ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub.

Tövsiyələri din xadimlərinin diqqətinə çatdıran R.Məmmədov İslam dininin sülh, əmin-amanlıq, insanpərvərlik və həmrəylik kimi ideyalarının olduğu kimi cəmiyyətə təqdim edilməsində, eləcə də milli birlik ənənələrinin, mənəvi dəyərlərin, xalqımıza xas humanist ideologiyanın təbliğində onları daha fəal iştirak etməyə çağırıb.

Görüşdə din xadimlərinin təklifləri dinlənilib, dini sahə ilə bağlı gələcəkdə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN