İran İnqilab Mühafizləri Korpusu da avqustun 11-13-də ölkənin qərbində 3 günlük təlim keçirib.

  İran Hərbi Dəniz Donanması 13 avqustda axşam İranın şimal-qərbindəki Gilan əyalətinin Astara şəhəri yaxınlığındakı bazada təlimlər keçirib.

TEZADLAR.AZ  trt-yə istinadən xəbər verir ki, vu barədə “Mehr” agentliyi şəhərin siyasət, cəmiyyət və təhlükəsizlik üzrə prefekt müavini Seyid Həmid Musəviyə istinadən xəbər verib.

  Prefekt müavininin qeyd etdiyi kimi, təlimin məqsədi “strateji müdafiə dəniz qüvvələrinin hazırlığını təkmilləşdirməkdir”.

  Musəvi qeyd edib ki, təlimlər zamanı xəyali hədəf hava hücumundan müdafiə sistemləri ilə hücuma məruz qalır.

  İki gün əvvəl İranın qərbindəki Kirmanşah əyalətinin İraqla həmsərhəd Qəsre Şirin şəhərinin prefekti Məhəmməd Nəcəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) hərbi təlimlər keçirdiyini bildirib.

  Nəcəfinin sözlərinə görə, “Təlimlər qüvvələrin hazırlanması və bacarıqlarının təkmilləşdirilməsi üçün keçirilir”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN