Qəzza zolağında öldürülən rusiyalı Aleksandr Lobanovun dul arvadı Mixal İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşməkdən imtina edib.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiostansiyası məlumat yayıb.

Qətlə yetirilən şəxsin valideynləri Oksana və Qriqori siyasətçi ilə görüşüblər. Bu, İsrailin cənubundakı Aşkelonda baş verib.

Bundan əvvəl Netanyahu Lobanovun anası və atasına zəng edərək “Saşanı evə diri gətirə bilmədiklərinə” görə onlardan bağışlanmalarını istəyib.

İsrail Müdafiə Qüvvələri daha əvvəl Rəfah bölgəsində ötən ilin oktyabrında əsir götürülmüş altı girovun cəsədini aşkar etmişdi. Onlar tuneldən çıxarılaraq İsrailə aparılıb.

Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin növbəti mərhələsi 2023-cü il oktyabrın 7-də baş verib. İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb, HƏMAS döyüşçüləri ölkənin cənubundakı sərhəd bölgələrinə nüfuz edib. HƏMAS-ın siyasi bürosunun üzvü Musa Əbu Mərzuk bildirib ki, İsrail vətəndaşları, o cümlədən hərbi qulluqçular əsir götürülüb. Fəallar həmçinin ölkənin cənubundakı bəzi əraziləri, o cümlədən hərbi bazanı ələ keçiriblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN