Xarkov vilayətində muzdluluqda şübhəli bilinən 4 Fransa vətəndaşı müəyyən edilib.

Tezadlar.az bildirir ki, bu barədə rayonun hərbi-mülki administrasiyasının daxili işlər şöbəsinin Telegram kanalında məlumat verilib.

Belə ki, Fransa Quru Qoşunlarının taktiki quruluşunun 8-ci paraşüt alayının keçmiş mayoru Korte Frank Mişel Maykl, Kolmarda (Fransa) yerləşən 152-ci piyada alayında xidmət edən Sidney Ballester, La Flèche şəhərindəki “Prytan e Milli Hərbi Məktəbinin kursantı Jan-Batist Besson və Fransa ordusunun 501-ci tank alayında xidmət etmiş və artilleriya alayında sürücü kimi xidmət edən Conatan Buderlik muzdluluqda şübhəli bilinir.

Aydınlaşdırılıb ki, onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilinirlər. Xəbərdə deyilir ki, maddənin sanksiyasında 15 ilədək cəza nəzərdə tutulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN