İsrail ordusu və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən İordan çayının qərb sahilində keçirilən reydlər zamanı terrorla əlaqədə şübhəli bilinən 10-a yaxın şəxs saxlanılıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
TEZADLAR.AZ xəbər veriri ki, həbslər oktyabrın 8-nə keçən gecə İordan çayının qərb sahilinin müxtəlif ərazilərində, o cümlədən Qəlandiya şəhərində həyata keçirilib.
Həbs zamanı şübhəlilərdən 5 silah, o cümlədən hərbçilərin fikrincə, terror fəaliyyətini maliyyələşdirmək üçün nəzərdə tutulmuş pul vəsaitləri götürülüb.
Ordudan verilən məlumata görə, İsrail hərbçiləri Hebron yaxınlığındakı Əl-Arrub fələstinli qaçqın düşərgəsində reyd zamanı təhlükəsizlik qüvvələrinə içərisində yandırıcı qarışıq olan butulkalar atmaq istəyən iki fələstinliyə atəş açıblar.
İsrail tərəfdən itkilər barədə məlumat yoxdur.
Y.Məmmədli