Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərində 41,53%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 26,52% səs toplayıb.
Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 97,16 %-i işləndikdən sonra açıqlayıb. Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq. Ölkənin ən yüksək vəzifəsinə seçkilərlə paralel keçirilən referendumda ilkin səsvermənin nəticələrinə (protokolların 97,21%-i işlənib) əsasən, vətəndaşların 50,31 %-i Moldovanın Aİ-yə qoşulmasının əleyhinə, 49,69 %-i müvafiq olaraq səsvermənin lehinədir.
Son dəqiqələrə olan məlumata görə isəş əhalinin səs çoxluğu ilə Aİ- yə üzvülük arzusu reallaşıb. Bu hal Rusiya KİV- lərində diqqətlə incələnir...
A.Məmmədli