Parlament seçkiləri öncəsi Gürcüstanda siyasi qarşıdurmalar pik həddə çatıb...

Baş nazirlə prezident arasındakı "soyuq müharibə" bu vəziyyəti yaradıb. Belə ki, ötən gün Prezident Salome Zurabişvili paytaxt Tbilisidə keçirilən "Gürcüstan Avropa İttifaqını seçir!" adlı genişmiqyaslı aksiyaya qoşulub. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Zurabişvili səhnəyə çıxaraq ictimaiyyətə müraciət edib. O bildirib ki, gürcü xalqı azad şəkildə avropa ailəsinin üzvü olacaq. Sitat: "Bu gün Gürcüstan tarixində övladlarımızın və nəvələrimizin yaddaşında qalacaq günlərdən biridir. Bu gün mənim nəvəm dünyaya gəlib, Qabriel, bəlkə də hər şey bu həyatda bir işarədir, yeni gələcəyin, yeni Gürcüstanın gəldiyinə işarədir. Bu gün qarşımda duran Gürcüstan azad Gürcüstandır. Heç kim bura zorla gəlməyib, heç kim bura ona görə gəlməyib ki, gəl, yoxsa işini itirəcəksən. Azadlıqdan qiymətli heç nə yoxdur. Bu gün Avropaya dinc, ləyaqətlə, gürcü kimi daxil olan insanlar, cəmiyyət buradadır. Bu gün sabahın Gürcüstanı, bu gün dünənin Gürcüstanı burada dayanır, amma dünən deyəndə, sovet pəncəsində batmış Gürcüstanı deyil, əcdadlarımızın, şərəfli tariximizin azad Gürcüstanını nəzərdə tuturam. O Gürcüstan və bu Gürcüstan birdir və hər ikisi birlikdə Avropaya daxil olacaqlar. Biz birlikdə Avropaya girəcəyik! Azadlıqdan qiymətli heç nə yoxdur... Gürcüstan qalibdir, gələcəyi qalibdir!".

Qeyd edək ki, ötən gün "Mənim səsim Avropa İttifaqına" hərəkatı tərəfindən, "Gürcüstan Avropa İttifaqını seçir!" adlı genişmiqyaslı yürüş mitinqi keçirilib.

 A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA