Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhdin təşkilində ittiham olunan FETÖ rəhbəri Fətullah Gülən ABŞ-da dünyasını dəyişib.
Tezadlar.az xəbər verir ki, bu barədə CNN mərhumun qardaşı oğlu Ebuseleme Gülənin sosial şəbəkələrdəki mesajına istinadən yazır.
Həmçinin, telekanalın məlumatına görə, Ankarada açıq-aşkar “Fətullah Gülənin öldüyünə dair məlumat var”.
2021-ci ildə Türkiyənin ABŞ-dakı səfiri Həsən Murat Mercan bəyan etmişdi ki, Türkiyə hakimiyyəti Güləni ABŞ-dan ekstradisiya etməyə ümid edir.