Türkiyə mətbuatı FETÖ qruplaşmasının başçısı Fəthullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında öldüyünü yazıb.

Tezadlar.az xəbər verir ki, məlumatı “CNN-TÜRK" yayıb. F.Gülənin ailə üzvləri onun öldüyünü sosial şəbəkədə təsdiqləyiblər. Qeyd edək ki, Məhəmməd Fəthullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2016-ci il iyulun 15-də hakimiyyət çevirilişinə cəhdi təşkil etməkdə ittiham olunurdu. Fətullah Gülən 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir.

Ərəb, fars dillərini bilirdi. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar ABŞ-nin Pensilvaniya ştatında yaşayırdı.

F.Gülənin yaxınları onun Türkiyədə dəfnini istəsə də, sonradan bu fikirdən daşınıblar. Onun ABŞ-da dəfn ediləcəyi bildirilir. Bu barədə sosial platformalarda da məlumatlar yayılıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN