Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən 5 obyektdən oğurluq edən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, hadisə zamanı dəstə üzvləri tərəfindən ələ keçirilən əşyaların bir qismi, eləcə də cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA