İran kütləvi qırğın silahlarının tətbiqindən imtina siyasətinə sadiqliyini bir daha təsdiqləyir.

Tezadlar.az xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

“İran İslam Respublikasının siyasəti kütləvi qırğın silahlarından qəti şəkildə imtina etməkdir və bu qərar Ali Rəhbərin (Ayətullah Əli Xameneinin) İrandakı (Tehranın nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı) fətvasına əsaslanır və xarici mətbuatın bu mövqeyə heç bir təsiri yoxdur və İran həmişə öz müdafiə doktrinasına əsaslanaraq bu siyasəti davam etdirəcək”, - deyə Bəqayi IRIB telekanalının yayımladığı brifinqdə bildirib.

Oktyabrın 9-da İran parlamentinin üzvü Həsənəli Əxlaki Əmiri bildirib ki, 39 nəfərlik bir qrup qanunverici İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına rəsmi məktub göndərərək, İsrailin təhdidləri fonunda müdafiə doktrinasına yenidən baxılmasını və nüvə silahının yaradılmasına icazə verilməsini xahiş edib.

Oktyabrın 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı deputatların müraciətinə münasibət bildirmək sorğusuna cavab olaraq qeyd edib ki, Moskva Tehranın nüvə proqramının hərbi istiqamətə yönəliməsi əlamətlərini qeyd etməyən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) qiymətləndirmələrinə əsaslanıb.

2003-cü ildən İran İslam dininə zidd olduğu üçün nüvə silahı istehsalının qadağan edildiyini bildirən Ali Rəhbərin fitvasına malikdir. İran siyasətçiləri bunu milli nüvə proqramının sırf dinc xarakterli olmasının arqumenti kimi göstərirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA