Moskvada Şeremetyevo hava limanında iki sərnişin təyyarəsi toqquşub.

Bazar günü, oktyabrın 20-də Aeroflot təyyarəsi Şeremetyevo hava limanında Nordwind aviaşirkətinə məxsus təyyarənin quyruq hissəsini zədələyib. Bundan sonra hər iki təyyarə yerə endirilib.

TEZADLAR.AZ xəbər veriri ki, bu barədə “Aviatorschina” teleqram kanalı məlumat yayıb.

 Apatitdən gələn Airbus A-320 təyyarəsinin pilotları uçuş-enmə zolağından B4 taksi zolağına çıxırdılar. Bu zaman Kazandan gələn Boeing 737 ekipajı başqa bir təyyarənin keçməsinə icazə verirdi.

Qeyd olunur ki, birinci təyyarənin göyərtəsində 103 sərnişin və 6 ekipaj üzvü, Kazandan uçan ikinci təyyarədə isə 162 sərnişin və aviaşirkətin 6 əməkdaşı olub.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki təyyarə texniki vəziyyətinin qiymətləndirilməsi üçün uçuşlardan kənarlaşdırılıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA