İran prezidenti Məsud Pezeşkian və respublikanın xarici işlər naziri Abbas Əraqçi Kazanda keçirilən BRİKS sammitində digər ölkələrdən olan həmkarları ilə “İsrail təhlükəsi”ni müzakirə etmək niyyətindədirlər.

Tezadlar.az bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.

“BRİKS sammiti üçün Kazana səfərə gəlincə, biz diplomatik məsləhətləşmələr aparmaq və beynəlxalq ictimaiyyətin diqqətini sionist rejimin cinayətlərinin davam etdirilməsi ilə bağlı təhdidlərə cəlb etmək üçün sammitdə iştirakdan yararlanmaq niyyətindəyik. (İsrail nəzərdə tutulur – RED.)”, - o, IRIB telekanalının yayımladığı brifinqdə bildirib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb. İsrailin anklavda keçirdiyi əməliyyat ili ərzində 42,6 min fələstinli həlak olub, 99,8 min nəfər isə yaralanıb. Qurbanların 70%-i qadın və uşaqlardır. 2024-cü ilin sentyabrında İsrail Livanın cənubunda şiə təşkilatı “Hizbullah”a qarşı əməliyyata başlayıb. İsrailin keçirdiyi bir ay ərzində 2,4 min livanlı öldürülüb, 10,9 min nəfər isə yaralanıb.

BRİKS qrupu 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb və 2011-ci ildə Cənubi Afrika da qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri oldu. Rusiyanın sədrliyi dövründə bu ilin əsas hadisəsi oktyabrın 22-24-də Kazanda baş tutacaq sammit olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA