"Politico"nun yazdığına görə, Fransa prezidentinin mövqeyi onun kiminlə danışmasından asılıdır

Fransa prezidenti Emmanuel Makron Yaxın Şərqdəki münaqişə ilə bağlı dəqiq mövqe ortaya qoya bilmir ki, bu da onun regiondakı siyasətinə zərbə vurur.

TEZADLAR.AZ xəbər veriri ki, bu barədə Avropanın “Politico” nəşri respublikanın keçmiş diplomatlarına istinadən məlumat yayıb.

Qəzet fransalı keçmiş diplomatın sözlərindən sitat gətirir: “Prezidentin çevrələrindəki bəzi məmurlar İsrail, digərləri isə Fələstin tərəfdarı mövqedədirlər”. Onun sözlərinə görə, Makronun regiondakı münaqişə ilə bağlı mövqeyi “prezidentin kimə qulaq asmasından asılı olaraq bir gün ərzində dəyişə bilər”.

Nəşrin mənbəsinin qeyd etdiyi kimi, ölkə rəhbərinin mövqeyi onun kiminlə danışmasından asılıdır. Belə ki, Makron inkişaf etməkdə olan ölkələrin nümayəndələri ilə söhbətində Fələstin tərəfdarı kimi mövqe tutur və İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində Fransa lideri yəhudi dövlətinin təhlükəsizliyindən narahatdır.

 “Politico” qeyd edir ki, Makronun qeyri-müəyyən mövqeyi onun regiondakı vəziyyəti həll etmək üçün mümkün vasitəçi kimi effektivliyinə şübhə yaradır.

Oktyabrın 11-də Makron bildirib ki, Aİ-nin Aralıq dənizi sammitində (MED-9) iştirak edən dövlət və hökumət başçıları Qəzza zolağında və Livanın cənubunda hərbi əməliyyatlarda istifadə olunan silahların İsrailə göndərilməsinin dayandırılmasını dəstəkləyiblər. Fransa prezidenti qeyd edib ki, bu addım regionda münaqişənin daha da genişlənməsinin qarşısını ala bilər, həmçinin atəşkəslə bağlı danışıqları asanlaşdıra bilər.

 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA