Rusiyanın ABŞ-dakı səfiri vəzifəsinə kadr təyinatları açıqlanmayıb. Müvafiq fərman olanda hər şey məlum olacaq. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru, Kanadadakı keçmiş səfir Aleksandr Darçiyevin Rusiyanın ABŞ-dakı səfiri postuna mümkün təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Tezadlar.az TASS-a istinadən xəbər verir.

“Təyinatla bağlı fərman olduqda, dərhal sizə məlumat verəcəyik. Bilirsiniz ki, kadr təyinatlarını biz elan etmirik”, - Kreml nümayəndəsi bildirib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın ABŞ-dakı səfirinin namizədliyi ilə bağlı şərh verməkdən yayınmışdı. Bunun qanunvericilik məhdudiyyətlərinin olması ilə əlaqədar olduğu aydınlaşdırılır. Bundan əlavə, Xarici İşlər Nazirliyi Moskvanın “namizədlik məsələsinə çoxdan qərar verdiyini” vurğulayıb.

“Bir neçə aydır ki, bu, açıq sirrdir. Hamı bilirdi", – departamentdən bildirilib.

Noyabrın 24-də “Kommersant” nəşri üç məlumatlı mənbəyə istinadən Rusiyanın Vaşinqtondakı yeni səfirinin adını açıqlayıb. Nəşrin məlumatına görə, o, Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru Aleksandr Darçiyev olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN