İsrail Livan şiə hərəkatı “Hizbullah” ilə Livanda atəşkəs haqqında razılaşmanı şərti olaraq təsdiqləyib.

Tezadlar.az bildirir ki, “Ynet” bu barədə İsrail, Amerika və Livan mənbələrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Amos Hokstin İsrailin qərarı ilə bağlı Livan rəsmilərini məlumatlandırıb.

Eyni zamanda, İsrail rəsmisinin sözlərinə görə, “irəliləməyə hazır olmaq və prinsipial niyyətə” baxmayaraq, “hələ də müzakirə olunan məsələlər” var.

Bundan əvvəl İsrailin təhlükəsizlik qurumlarının rəhbərləri ölkənin baş naziri Benyamin Netanyahudan Fələstinin Həmas hərəkatı ilə sövdələşmə ilə bağlı mövqeyini yumşaltmağı xahiş etsə də, o, bundan imtina edib. Siyasətçi mövqeyini belə əsaslandırıb ki, belə bir sövdələşmə hərəkatın mövcudluğunu davam etdirməyə imkan verəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN