Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binasının xidməti girişlərinə gedən küçələri tamamilə bağlayıblar.
Tezadlar.az bildirir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
Daxili İşlər Nazirliyinin əməkdaşları, o cümlədən xüsusi təyinatlıların nümayəndələri parlament binasının hər iki tərəfində, eləcə də onun arxasındakı parkda yerləşdirilib. Media nümayəndələri hələlik binanın özünə buraxılmır.
Parlament seçkiləri nəticəsində formalaşan 11-ci çağırış parlament bazar ertəsi yerli vaxtla saat 12:00-da qanunverici orqanın spikerini, sədr müavinlərini və komitə rəhbərlərini seçəcəyi ilk iclasa toplaşmalıdır.
Qeyd edək ki, seçkilərin nəticələrinə qarşı çıxan müxalifət və tərəfdarları bazar günündən etibarən mitinq keçirir. Onlar Rustaveli prospektində çadırlarda gecələyiblər.
E.ŞİRİNOV