Qarabağdan rədd olub getmiş, 30 il ərzində Qarabağdakı yurdlarımızı viran qoyan, evlərimizi dağıdan separatçılarla əlbir olmuş ermənilər indi geri dönüş etmək barədə düşünürlər...

Gedəndə elə bilirdilər Paşinyan onları quymaq bişirib yemləyəcək, ya da Vardanyanla Xocalı qatili Sarkisyan hər gün Makronun hesabına onlara kabab verəcəklər... Amma gördülər ki, yox, Ermənistanda kabab yox, eşşək dağlayırlar...

XXX

Bəs indi bu ermənilər Azərbaycana, yəni viranlığında iştirak etdikləri Qarabağa hansı sifət və hüquqi əsasla gələ bilərlər? Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacızadə də tvitter səhifəsində senator Ed Markın COP29-da və Bakıdan qayıtdıqdan sonrakı çıxışlarına elə onun öz dilində cavab verib. Hacızadə yazır ki, senator öz səfərinin nəticələrini "erməni lobbisinin eşitmək istədiklərinə uyğun şəkildə" təqdim edib. Beləliklə, Hikmət Hacıyev senatorun açıqlamasına cavabında Bakının Amerika qanunvericilərinə qarşı iddialarını, eləcə də ABŞ Konqresinin 907-ci düzəlişini və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə 30 il boyunca verilən dəstəyini qeyd edir. Hacıyev bildirir ki, oliqarx Ruben Vardanyan da daxil olmaqla, separatçıların liderlərinin törətdikləri cinayətlərin araşdırılması "məntiqi sona çatdırılacaq və onlar məhkəmə qarşısına çıxarılacaqlar". 

Hikmət Hacıyev daha vacib bir məqama toxunur və bildirir ki, Qarabağ erməniləri vətəndaşlıq almaq üçün "yalnız fərdi qaydada" ərizə verə bilərlər və onların qayıtması Azərbaycan qanunlarına uyğun olaraq nəzərdən keçiriləcək. Sitat: "Lakin bu, yalnız qarşılıqlı əsaslarla və Ermənistandan sürgün edilmiş yerli Azərbaycan əhalinin qayıtmaq hüququnun tanınması ilə paralel olaraq baş verə bilər".

Daha sonra Hacıyev Amerika qanunvericilərini Ermənistanla sülh müqaviləsi bağlanmasına mane olan "erməni lobbisinin alətinə" çevrilməməyə çağırıb. Konqresmen Frank Pallounun Bakıya səfərinə toxunan Hikmət Hacıyev onun Azərbaycandan gülünc qaçışını "illər ərzində Azərbaycan xalqına qarşı dəstəklədiyi ədalətsizliyə görə ilahi qisas" adlandırıb.

Beləliklə, erməni ab-havası ilə nəfəs alan senator Bakıda quzuya, Bakıdan gedəndə isə pələngə dönür. Görünür, erməni dəstəkçilərinin şərti belə imiş...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN