(Professor Qulu Məhərrəmlinin yubileyinə təbriklər...)

 Ədalət Tahirzadə: Qədim dostum, Azərbaycanın ən qiymətli aydınlarından biri QULU MƏHƏRRƏMLİNİN 70 illik yubileyidir. Mən Qulu bəyi həmişə millətə faydalı işlərin başında görmüşəm. Yolumuz bəzən televiziya verilişlərində, bəzən xarici səfərlərdə, bəzən elmi yığıncaqlarda, bəzən elə çay süfrəsi arxasında birləşib. Onunla dostluqdan, ünsiyyətdən həmişə zövq almışam, çünki o, ətrafındakı insanlara daim müsbət enerji ötürür. Onunla istər milli, istər məişət məsələləri ilə bağlı ən önəmli mövzularda müzakirə apara bilərsən və bu zaman əmin olacaqsan ki, yetərincə yumor qatdığı söhbətində sənə ən səmimi şəkildə ciddi cavablar verəcək. 
    Qulu Məhərrəmli millətimizin genefondunu təşkil edən qiymətli ziyalımızdır. O, istər televiziyada, istər mətbuatda gördüyü işlərlə, istərsə də yazdığı çox dəyərli əsərlərlə millətinə və dövlətinə sədaqətlə və layiqincə xidmət edib və etməkdədir. Onu bu əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun və sağlam ömür, özəl və iş həyatında daimi uğurlar, sevinclər diləyirəm!

KİNO XADİMLƏRİ TƏBRİK EDİRLƏR: Milli jurnalistikanın və Azərbaycan televiziya məkanın tanınmış nümayəndələrindən biri, yüksək peşəkarlığı, mövzulara ustalıqla yanaşma tərzi, səmimiliyi, daxili zənginliyi ilə tamaşaçiların və onu sevənlərin qəbində xüsusi yeri olan əməkdar jurnalist, professor Qulu Məhərrəmlini “70” illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, can sağliği, çətin və şərəfli peşəsində nailiyyətlər arzu edirik.

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyəti 

Famil Cəfərli: Böyük hərflərlə Ustad, Müəllim, Ziyalı saydığım çox dəyərli və əziz Qulu müəllim. Doğum gününüz, yubileyiniz mübarək olsun! Sağlam yaşayın, rahat, mənalı və doyunca yaşayın. Siz baxıb düzləndiyimiz, öyrəndiyimiz, fəxr etdiyimiz əsl ləyaqətli ziyalı kimi məndə həmişə rəğbət doğurmusunuz. Siz millətin vicdanı adlanmağa layiq nadir insanlardansıznız və bu sözümdə zərrə qədər də mübaliğə yoxdur. Sizi tanımağımdan şərəf duyuram. Var olun!

 Qüdrət Qulu (ABŞ): Azərbaycan xalqının mütərəqqi fikirləri ilə, sağlam və fəal ictimai mövqeyi ilə, yüksək peşəkarlığı ilə bərabər, yüksək mədəniyyəti və insanpərvərliyi ilə seçilən-sayılan ziyalı oğlu, böyük hörmət bəslədiyim Qulu Müəllim! 70 yaşınız mübarək olsun!
Hələ söylənilməyən neçə-neçə mübarək arzularla və cənabınızla yenidən Vətəndə görüşmək ümidləri ilə!

 Əhliman Əliyev: Professor Qulu Məhərrəmli cəmiyyət üçün milli dəyər, haqqın və   alınması, basılması mümkün olmayan Ərk qalasıdır. Onun məğrurluğunun, qürurunun fəlsəfi təməlində iradə, sevgi və fədakarlıq dayanır. Həyatda qazandığı uğurlarda əqidədaşlarının və yaratdığı mənəvi mühitin payı var. 70 yaşın ucalığından dönüb geriyə baxsa iftixar hissi doğuran və mətbuat tariximizdə əbədiyaşar bir çox işlər diqqəti cəlb edər. Amma Qulu müəllim sabaha, gələcəyə baxmağı çox sevir. 70 yaşın mübarək Qulu müəllim. Növbəti onilliklərdə görüşənədək...

qulu-3

Asif MƏRZİLİ: -Qulu Məhərrəmli sözə, mədəniyyətə, jurnalistikaya, dostluğa, yurddaşlığa, vətəndaşlığa, bir sözlə, Azərbaycana... hörmət gətirən hörmət sahibi, dəyərli ziyalımızdır... Ö, jurnalistikamızda, söz mədəniyyətimizdə... həm də bir ölçü vahidi kimi qiymətlidir...

 Sona İsmayılova: Sizi 70 illik yubileyiniz münasibətilə  qəlbən təbrik edirəm. Bu illər ərzində Azərbaycan ədəbiyyatı və mədəniyyəti sahəsində verdiyiniz dəyərli töhfələr, maarifləndirmə və təhsil sahəsindəki xidmətləriniz hər zaman yüksək qiymətləndirilmişdir. Sizin kimi ziyalılar sayəsində nəsillər arasındakı körpü möhkəmlənir, milli dəyərlərimiz gələcəyə daha güclü şəkildə çatdırılır.
Sizə möhkəm cansağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayıram. Elmi və yaradıcı fəaliyyətinizin daha uzun illər davam edəcəyinə, gənc nəslin Sizin bilik və təcrübənizdən faydalanacağına inanırıq. Bir daha təbrik edir, ən xoş arzularımı bildirirəm!
Sima Cəfərova: Qulu Məhərrəmli özü kimi saf, nitqi kimi səlis, əxlaqı kimi keyfiyyətli təbrikə layiqdir! Ana dilimizin ən gözəl sözləri ona yaraşır. Sizi təbrik edirəm, Qulu müəllim!

 Elçin Rüstəmli:  Bu gün Azərbaycanın mediasının ləyaqət simovallarından dəyərli ziyalımız, professor Qulu Məhərrəmlinin 70 yaşı tamam olur.
Qulu müəllim yubiley yaşına çatmış ömrünü böyük zəhmətlə, alın təri ilə Tanrının sevdiyi əməllərlə doldurub. Ona görə Qulu müəllimin olduğu ortamlar sevinclə, işıqla dopdolu olur.
    70 illik yubileyinin hadisəyə çevrilməsi, hər yerdən, hər cəbhədən ona isti, hərarətli təbriklər yağması Qulu Məhərrəmlinin necə xoşbəxt insan olduğunu göstərir. Cəmiyyət nadir insanları belə coşğuyla sevir, qucaqlayır, bağrına basır.
70 illik yubileyiniz mübarəkdir, professor! Sizə möhkəm can sağlığı, uzun ömür arzulayıram. Qəlbiniz həmişə fərəhlə döyünsün!

 q

Sücəddin Şərifov: Jurnalistikanın generallarından biri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin doğum günüdür. Qulu müəllimi tanıyan hər kəs onu çox sevir, hörmətini saxlayır. Çünki ictimai ürək daşıyır. Həmişə doğrunu deyir, doğrunun yanında olur. Belə bir deyim var. Deyirlər, dürüst olmayan hər kəs itirəcək, hər gün bir şeyini, bir gün hər şeyini. Amma Qulu müəllim heçnə itirməyib, xarakteri ona ancaq qazandırıb. Doğum günündə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı arzu edirəm. 100 yaşa, böyük insan!

 Fərqanə Amin: Qulu müəlim, millətimizin sərvəti, mənəvi sütunudur. İstənilən məsələ onun təqdimatında o qədər düşündürücü, izahedici, dərin fəlsəfəliyi ilə yanaşı sadə və anlaşıqlı olur ki. Qulu Meherremli işığından aydınlananlardan biri də mənəm. Operativ, təmannasız dəstəyi ilə elmi fəaliyyətimdə o qədər müsbət toxunuşları olub ki. 70 illik şərəfli yol müdriklik, alimlik, alicənablıq, peşəkarlıq, vicdanlılıq, ədalətlilik, xeyirxahlıq təcəssümüdür. Yubileyiniz mübarək dəyərli professor, əziz elmi rəhbərim

Şamil Əhmədov: Qulu müəllim qənimət ADAMdi. Əli, əxlaqi, vicdanı təmiz bir alim və gözəl İNSANdır. O, AzTV-nin “SƏHƏR” proqramına rəhbərlik etdiyi vaxtlar sübut etdi ki, orada əyilmədən, yaltaqlıq etmədən və rüşvət almadan da işləmək olar.

 Bahadur Əliyev: Bu gün telejurnalistikamızın görkəmli nümayəndəsi,
demokratik düşüncəli, xalqına, millətinə layiqli övlad olmağı bacaran, ölkənin ictimai həyatında fəal iştirak edən, zarafatcıl, güclü yumor hissinə sahib və onu tanıyanların sevimli dostu Qulu Məhərrəmlinin doğum günüdür,70 yaşı tamam olur.
Əziz Qulu müəllim,dəyərli dostum,Sizi 70 illik yubileyiiniz münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı və bəhrəli ömür arzulayıram.

Səyavuş Mustafa: Həyatda elə insanlar var ki, danışmasa o adama qiymət verə bilmirsən. Amma elə adam da var ki, bir quru salamından hansı mənəviyyata, əxlaqa və şərəf- ləyaqətə malik olduğunu həmən anlayırsan. Elə adamların ən öncüllərindən biri də Bizim Qulu Abidir!!!
  Adamın nəinki danışmasından, hətta sadəcə gülümsəməsindən dürr tökülür!!!
Sizi təbril eliyirəm Qulu Abi!!!  Varlığınız Türk Dünyasına Ərmağandır!
Yaş gününüz mübarək!

q

Vüsalə Mirzoyeva: Əziz Qulu müəllim, Sizi görəndə adamın yadına televiziya düşür. Özü də yaxşı televiziya. Adam gedib maaşsız da işləyər o kanalda, Təki əsl mühit olsun. Siz o mühiti yaradan, yaradıcı insanları dərindən başa düşən və ən əsası dəyərləndirən insansız. Allah Sizə yenidən o işin başına qayıtmağı və möhkəm can sağlığı nəsib etsin! Hər profesional da Sizin kimi sadə və mehriban olmur. Yubileyiniz mübarək! Daim belə cavan və aktiv olasız.

Məxfurə Həsənova: Qulu muəllim danişanda o koridordaki qısa mühazirələrdən sonra istəyirdin gedib dağı-dağ üstünə qoyasan. Hər şey də o qədər asan gəlirdi ki. Allah cansağlığı versin!!

Etibar Cəbrayıloğlu: Çox əziz və işıqlı insan, dəyərli professor Qulu Məhərrəmlinin  bu gün cəmi 70 yaşı tamam olur. 
Onun jurnalist, alim kimi fəaliyyəti, səmimi dostluğu, şəxsən mənim həyatımda rolu haqqında uzun-uzadı yazsam 75 illik yubileyinə ancaq bitər bu yazı.
Əziz Qulu müəllim, var olun! Xeyirxahlıq və mehribanlıq dolu ömür yolunuz hələ uzun illər davam etsin, inşallah!

Zahir Amanov: Qulu Məhərrəmli həqiqi mənada dost adının ucalığında dayanan ləyaqətli insandır. . İqtidarda da, müxalifətdə də, hətta yarım müxalifətdə də onun xətrini ürəkdən iztəyənlər çoxdur. 
      Bir əyalət jurnalisti kimi onun diqqətini həmişə hiss etmişəm – övladımın xeyir işindən tutmuş məhkəmələrə çəkildiyim təlatümlü günlərdə də,  Masallıda “Kitab evi”nin açılışın etdiyim mərasimdə də Qulu müəllim həmişə yanımızda olub. Onunla bağlı  xatirələrim çoxdur. Biri isə daha unudulmazdır. 2001-ci ilin ortalarında, mənə qarşı təzyiqlərin tüğyan etdiyi, hətta yaxın dostlarımın mənə salam verməyə qorxduğu günlərdə, Qulu müəllim AzTV-nin xəbərlər proqramında  çalışdığı zamanda bu televiziyada mənə canlı yayım imkanı verdi. 
       Qulu müəllim, təbriklər! Sizin ən qayğılı günlərinizdə də çöhrənizdən əskik olmayan gülüşünüz, təbbəsümünüz heç vaxt azalmasın.
 İlham Hüseynli: 70 yaş həm düşərli, həm də yaş  baxımdan olduqca ciddi rəqəmdir!  Bir insan ömrü üçün ciddi yaş, ciddi məqamdır! Xüsusilə indiki qarışıq, mürəkkəb bir dövrdə, ictimai mühitdə 70 yaşda, heç olmazsa 7 səmimi, 7 vicdanlı kişinin sevgisini, rəğbətini qazanmaq, son dərəcə çətindir.
Lakin yaşadığımız indiki mürəkkəb dövrdə elə kişilər var ki, nəinki 7 vicdanlı kişinin, bütövlükdə Millətiin sevgisini, milyonların rəğbətini qazanıb. Belə kişilərdən biri, əzizizimiz, professor Qulu Məhərrəmlidir!
İnanıram və əminəm ki, yazdığım bu səmimi fikirlərdə yanılmaram.
Çox dəyərli bəy əfəndi!
70 illik yubiley yaşını ürəkdən təbrik edir, Sağlıqlı və uzun ömür arzulayıram!
Uğur olsun!

    Həcər Əmraslanlı:  O bir zirvədir, mayakdır! Jurnalistlərin müəllimidir!
Hörmətli Qulu müəllim, sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm!
Sizin rəhbərliyinizdə öyrənmək və inkişaf etmək biz tələbələr üçün böyük şans və fəxrdir.
Həmişəki kimi, bizi ilhamlandırmağa və elmin işığında yol göstərməyə davam edin.
70 illik yubileyiniz mübarək, PROFESSOR!

 Qeyd: Təbriklər sosial şəbəkəkələrdə paylaşılmış status və şərhlər əsasında hazırlanmışdır.

 Hazırladı:      Ləman Cavadova

 

                                                                            

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN