Rusiya yeni "Oreşnik" raketini tərifləyir, lakin ekspertlər onun yeniliyinə şübhə edirlər...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Rusiya prezidenti Vladimir Putin və Rusiya hərbi rəhbərləri noyabrın 21-də həyata keçirilən “Oreşnik” ballistik raket hücumunu tərifləməyə davam edirlər, lakin Müharibə Araşdırmaları İnstitutunun hərbi analitikləri bunu Rusiyanın imkanlarını şişirtmək və Qərbə təzyiq etmək məqsədi daşıyan informasiya kampaniyasının bir hissəsi hesab edirlər. Belə ki, noyabrın 22-də Putin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya hərbi-sənaye kompleksinin nümayəndələri və raket istehsalçıları ilə görüşüb, Rusiyanı “şantaj etməyə çalışanlara” cavab olaraq “Oreşnik”in buraxılışını “uğurlu” addım adlandırıb.
Putin bildirib ki, bu raket qabaqcıl texnologiyalara əsaslanır, sovet raketlərinin modernləşdirilməsi deyil və artıq kütləvi istehsala hazırlanır. Rusiya Raket Qüvvələrinin komandanı, general-polkovnik Sergey Karakaev isə vurğulayıb ki, raket bütün Avropadakı hədəfləri vurmağa qadirdir, dünyada analoqu yoxdur.
Amerika və Ukrayna mediası isə qeyd edir ki, "Oreşnik" prinsipial olaraq yeni silah deyil. Pentaqon rəsmiləri isə bunun "RS-26 Rubej" qitələrarası raketinə əsaslanan orta mənzilli raket olduğunu təsdiqləyib. Pentaqonun sözçüsü Sabrina Sinq də Rusiyanın əvvəlki hücumlarında böyük döyüş başlıqlarına malik raketlərdən istifadə etdiyini vurğulayıb. Ukrayna hərbi kəşfiyyatı da "Oresşik"in "Yars ICBM" bazasında hazırlanmış "Kedr" raket layihəsinin kod adı olduğunu ehtimal edir. Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov qeyd edib ki, Kedr-in inkişafı 2018-2019-cu illərdən bəri davam edir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN