Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə dördüncü inqilaba cəhdin yatırıldığını açıqlayıb.
Tezadlar.az-ın TASS-a istinadən məlumatına görə, Kobaxidzenin sözlərinə görə, bir gün əvvəl etiraz aksiyasında 800 nəfər iştirak edib.
“Bir daha təkrar edirəm: dörd siyasi partiya və 10-dan çox ən varlı QHT - yalnız onların işçilərini və aktivlərini götürsəniz, bir neçə dəfə 800 nəfər əldə edirsiniz. Bu dörd partiya isə... Rustaveli prospektində 800 nəfəri belə yığa bilmir. Bitdi, italyanların dediyi kimi, "finita la commedia", - o, brifinqdə bildirib.
Bundan əvvəl ABŞ Gürcüstana qarşı əlavə sanksiyalar elan edib.
E.ŞİRİNOV