Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 18-ci mikrorayonda obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
FHN-in Mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən birmərtəbəli çayxananın mətbəxində yanğın baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı iaşə obyektlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan birmərtəbəli çayxananın mətbəxinin yanar konstruksiyaları və əşyaları 20 kv.m. sahədə yanıb.
Çayxananın böyük hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
R.XUDATQIZI