Qəbrüstü nəğmə
“Orada bir məzar adası və bu adada gəncliyimin məzarları var. Mən oraya həyatın həmişəyaşıl çələngini aparcağam.”
Ürəyimdə belə bir qərar verdim və dənizlə getdim.
Siz ey gəncliyimin simaları və görüntüləri! Sevgi işıqları, ilahi anlar! Nə tez yoxa çıxdınız! Bu gün sizi mənim üçün ölmüş kimi xatırlayıram.
Əziz ölülərim, sizdən mənə xoş bir iy gəlir və ürəyimi göz yaşları ilə yüngülləşdirir. Həqiqətən, o, tənha üzgüçünün ürəyini dərindən təsirləndirir və yüngülləşdirir.
Və yenə də ən zəngin və ən həsəd aparan, ən tənha mənəm! Çünki siz mənim, mən də sizin yanınızda idim. Mənə deyin görüm, ağacdan çəhrayı almalar kimə düşdü?
Siz ey mənim sevimlilərim! Mən hələ də sizin çiçəklənən, sizi xatırladan, rəngarəng, vəhşicəsinə böyüyən fəzilətli sevginizin irsi və torpağıyam!
Ah, biz bir-birimizə yaxın olmaq üçün yaradılmışıq, ey əziz, qeyri-adi möcüzələr. Siz mənə və arzuma qorxulu quşlar kimi yox, güvənənlərə güvənənlər kimi yaxınlaşdınız!
Bəli, siz də mənim kimi vəfa və zərif əbədiyyətlər üçün yaradılmısınız. İndi mən sizi-ilahi baxışları və məqamlarını vəfasızlığın adı ilə çağırmalıyammı? Mən hələ başqa ad öyrənməmişəm.
Siz mənim üçün çox tez öldünüz, ey qaçaqlar. Amma siz məndən, mən də sizdən qaçmadım. Biz bir-birimizin qarşısında xəyanətimizdə günahkar deyilik.
Məni öldürmək üçün sizi boğdular, ey ümidlərimin nəğmə quşları! Siz ey sevimlilərim, mənim ürəyimə girmək üçün mənə qarşı bədxahlıq oxlarınızı atdınız!
Və o ox tuş gəldi! Çünki siz həmişə mənim ürəyimə ən yaxın idiniz. Siz mənim sahib olduğum və mənə sahib olan hər şey idiniz. Ona görə də siz gənc yaşında və çox erkən ölməli idiniz!
Onlar mənim sahib olduğum ən həssas şeyə ox atdılar. Dərisi incə tükə, bir baxışdan ölənin təbəssümünə oxşayan siz idiniz!
Amma mən düşmənlərimə belə deyəcəyəm: sizin mənə etdiklərinizlə müqayisədə hər hansı bir qətlin nə mənası var!
Siz mənə hər hansı bir qətldən daha çox zərər verdiniz: məndən dönməz bir şey aldınız - sizə deyirəm, düşmənlərim.
Məgər siz gəncliyimin ən qiymətli möcüzələrini öldürmədinizmi! Oyun yoldaşlarımı məndən aldınız, mübarək ruhlar! Bu çələngi onların xatirəsinə qoyuram və lənət yağdırıram.
Bu lənət sizədir, ey düşmənlərim! Soyuq bir gecədə yayılan bir səs kimi, əbədiliyimi qısaldan siz deyildinizmi! O, mənə ilahi bir gözlə baxdı!
Saflığım xoş bir məqamda belə dedi: “bütün varlıqlar mənim üçün ilahi olmalıdır.”
O zaman siz çirkli kabuslarla mənə hücum etdiniz. Ah, o gözəl məqam indi hara getdi!
“Mənim üçün bütün günlər müqəddəs olmalıdır” – gəncliyimin müdrikliyi nə vaxtsa belə deyirdi. Həqiqətən, şən müdriklik nitqisən!
Amma siz, düşmənlər, gecələrimi məndən oğurlayıb yuxusuz əzab üçün satdınız. Ah, o zaman mənim şən müdrikliyim hara getdi?
Bir vaxtlar quşlarla xoşbəxt əlamətlər axtarırdım. Sonra mənim yoluma murdar bir məxluq- bayquş buraxdın. Ah, o zaman mənim incə arzum hara getdi?
Mən nə vaxtsa hər cür iyrənclikdən əl çəkəcəyimə söz vermişdim, siz isə mənim yaxınlarımı irinli yaraya çevirdiniz. Ah,o zaman mənim ən nəcib andım hara getdi?
Bir vaxtlar bir kor kimi xoşbəxt yollarla getdim. Sonra siz korun yolunu korladənəz. Və indi o, korun köhnə yolundan iyrəndiyini hiss edir.
Və mənim üçün ən çətin olanı yerinə yetirəndə və dəf etdiklərimin qələbəsini qeyd edəndə, məni sevənləri qışqırmağa məcbur etdiniz.Səbəb isə güya mən onlara amansız bir kədər gətirirəm.
Siz həmişə belə etmisiniz: mənim ən yaxşı balımı və ən yaxşı arılarımın səylərini zəhərləmisiniz.
Mənim səxavətimə qarşı həmişə ən həyasız dilənçiləri göndərdiniz. Siz həmişə islah olunmaz həyasız insanları iztirablarımın ətrafına yığmağa məcbur etdiniz. Beləcə, siz mənim fəzilətlərimi onların inamında yaraladınız.
Və əgər mənim üçün ən müqəddəs olanı qurban verəndə, sizin “təqvanız” dərhal öz yağlı hədiyyələrini buraya əlavə etdi və mənim üçün ən müqəddəs olan sizin yağınızın tüstüsündə kar oldu.
Və mən bir dəfə rəqs etmək istədim. Əvvəllər heç vaxt belə rəqs etməmişdim. O vaxt siz mənim ən sevimli oxuyanımı razı saldınız.
İndi o, kədərli, qəmli bir mahnı oxudu və bu kədərli mahnı ilə qulağımı dəng elədi!
Qatil müğənni, şər aləti, sən hamıdan az günahkarsan! Mən artıq ən yaxşı rəqsə hazır idim, amma sən səslərinlə mənim həzzimi öldürdün!
Yalnız rəqsdə ən yüksək şeylər haqqında simvollarla danışa bilərəm. Və indi ən yüksək simvolum bədən hərəkətlərimdə təsirsiz qaldı!
Ən böyük ümid içimdə ifadə olunmaz və həll olunmamış qaldı! Və gəncliyimin bütün simaları, təsəlliləri öldü!
Mən bunun öhdəsindən necə gəldim? Mən bu yaraları necə dəf etdim? Ruhum bu qəbirlərdən necə dirildi?
Bəli, məndə qayaları parçalayan, toxunulmaz, dəfn olunmayan bir şey var: bu, mənim iradəmdir.. O,illərlə beləcə səssizcə və dəyişmədən keçir.
Mənim iradəm mənim addımlarımla getmək istəyir; onun hissi amansız və toxunulmazdır.
İçimdə yalnız dabanım toxunulmazdır. Sən hələ də sağsan və özünə sadiqsən, ən səbirli! Sən hələ də bütün qəbirlərdən keçirsən!
Gəncliyimdən həll olunmayan hər şey hələ də səndə yaşayır; həyat və gənclik kimi burada, məzarların sarı xarabalığında ümidlə oturursan.
Bəli, sən mənim üçün hələ də bütün qəbirləri dağıdansan; Salam, mənim iradəm! Və ancaq harada qəbirlər varsa,orada dirilmə də var.
Zərdüşt belə oxudu.
(Ardı var)
Tərcümə etdi: Şakir QURBANOV