Tezadlar.az CNN-ə istinadla bildirir ki, "Biz Ukraynada davam edən müharibəni dayandırmağa çalışırıq",- deyən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində həm də bildirib ki, Ukraynanın müharibə nəticəsində dağılmış şəhərlərini bərpa etmək üçün 100 il vaxt lazımdır: “Bəzi şəhərlərə baxırsan, bir dənə də olsun bina qalmayıb. Bu, 100 illik yenidənqurma deməkdir. Mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi”. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsini dayandırmağa çalışır, lakin bununla bağlı irəliləyiş azdır. Sitat: “Biz müharibəni, Ukraynada gedən dəhşətli müharibəni dayandırmağa çalışırıq. Lakin bu məsələdə irəliləyişimiz çox azdır. İnsanlar indiyədək heç kimin görmədiyi miqyasda bir-birlərini öldürürlər. Hər iki tərəfdən ölən əsgərlərin sayı dəhşətdir. Mən heç vaxt belə bir şey görməmişəm. Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə müharibənin başa çatması ilə bağlı danışıqlar aparmağı planlaşdırırıq. Əsas məsələ odur ki, Zelenski və Putin hər ikisi bu məsələdə razılaşmaya hazır olmalıdırlar, əks halda nəticə əldə olunmayacaq".

Müharibı isə Ukrayna ərazisində hələ də davam edir... ABŞ hər ay Ukraynaya ən azı milyard dollarlıq yardım paketini də təsdiqləyib...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN