Qırğızıstan və Tacikistan hökumət nümayəndə heyətlərinin rəhbərləri dövlət sərhədinin qalan hissələrinin təsvirini tam başa çatdırıblar.

Bu barədə Qırğızıstan Respublikasının Nazirlər Kabineti məlumat yayıb.

TEZADLAR.AZ məlumata istinadən xəbər verir ki, bu gün, dekabrın 4-də Batkendə Qırğızıstan Respublikası və Tacikistan Respublikasının hökumət nümayəndə heyətlərinin həmsədrləri Kamçıbek Taşiyev və Saimumin Yatimov arasında Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı görüş keçirilib..

Görüş zamanı onlar razılığa gəlib və Qırğızıstan-Tacikistan dövlət sərhədinin qalan hissələrinin təsvirini tam şəklidə başa çatdırıblar, eyni zamanda dövlət sərhədinin delimitasiyası üzrə yekun sənədlərin tərtibi prosesinə başlamaq üçün hökumət nümayəndə heyətlərinin işçi qruplarına tapşırıqlar veriblər.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN