Son 24 saat ərzində Ukrayna hərbçiləri Kursk istiqamətində 240-dan çox əsgər və 2 sursat anbarını itirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 240-dan çox hərbçi, 2 piyada döyüş maşını, 1 zirehli transportyor, 4 zirehli döyüş maşını, 14 avtomobil, 4 artilleriya qurğusu, 9 minaatan, 2 elektron döyüş məntəqəsini itirib, o cümlədən 3 PUA-nın idarəetmə məntəqəsini və 2 sursat anbarını”, - deyə nazirlikdən bildirilib.
E.ŞİRİNOV