Gürcüstanda COVID pasportu sisteminin tətbiqi ilə əlaqədar restoranlara tətbiq edilən saat məhdudiyyəti aradan qaldırılır.
Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına görə dekabrın 1-dən ölkə ərazisində fəaliyyət göstərən restoranlar saat 23:00-dan sonra da fəaliyyət göstərə biləcəklər.
Digər qərarla isə xaricdən quru yolu ilə qayıdan peyvənd olunmuş Gürcüstan vətəndaşlarının PZR testinin cavabını təqdim etmək öhdəliyi ləğv edilib.
Qeyd edək ki, dekabrın 1-dən Gürcüstanda “yaşıl pasport” sisteminin tətbiqinə başlanılacaq, həmin tarixdən etibarən ictimai nəqliyyat istisna olmaqla qapalı ictimai məkanlara yalnız koronavirus əleyhinə vaksin olunmuş şəxslərin daxil olmasına icazə veriləcək.
E.ŞİRİNOV