Şabranda daş karxanalarının birində dəyəri 7500 manat olan daşkəsən ülğüc oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki fəaliyyət göstərməyən daş karxanasından 7500 manat dəyərində daş kəsən ülgücün hissələrini oğurlamaqda şübhəli bilinən Şabran sakinləri K.Ağamalıyev, S.Hüseynov və V.Vahabov saxlanılmışlar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə S.Hüseynovun və V.Vahabovun otellərin birinin həyətindən 30 baş keçi oğurlamaları da müəyyən olunmuşdur.
TEZADLAR.AZ