Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Binəqədi rayonunda sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

ASC-dən bildirilib ki, “Baksol” adlandırılan ərazidə yerləşən mebel sexində içməli sudan qanunsuz istifadə halı aşkar olunub. Araşdırma zamanı məlum olub ki, obyekt sahibi yaxınlıqdan keçən xəttə qanunsuz qoşulma verərək sudan istifadə edir. Əvvəllər sudan qeyri-qanuni istifadəyə görə akt yazılaraq dəymiş ziyan hesablansa da, obyekt sahibi təkrar qoşulma etməklə qanunazidd əməllərini davam etdirib.

Binəqədi kəndi ərazisində yerləşən fermer təsərrüfatında da ilk baxışdan hər şeyin qaydasında olduğu görünür. Lakin sahibkarın müqaviləsi və sayğacı olsa da, sudan daha çox qanunsuz çəkilmiş xətt vasitəsilə istifadə etdiyi aşkarlanıb.

Nəzarət tədbirləri çərçivəsində Binəqədi qəsəbəsinin “Mərkəz” adlandırılan ərazisində fəaliyyət göstərən ət mağazasında da sudan qanunsuz istifadə edilməsinin qarşısı alınıb.

Binəqədi qəsəbəsinin 1-ci mədən, 8-ci korpus ərazisində fərdi yaşayış evlərinin birində sudan sayğacdankənar istifadə aşkarlanıb. Məlum olub ki, abonent sayğacdan kənar qeyri-qanuni xətt çəkərək sudan uçotsuz etməklə yanaşı, qanunsuz xətdən qonşuluqdakı evlərə də su verir.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan istifadə qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv ediləcək, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, cari ilin birinci rübündə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2093, Binəqədi rayonun üzrə isə 494 fakt aşkarlanıb. Bununla əlaqədar müvafiq olaraq 566 min və 120 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Bu ilin yanvar-mart aylarında sudan qanunsuz istifadə ilə bağlı 60 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN