Ötən gün aprelin 30-da saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törədib...

Düşmən dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Tezadlar.az Müdafiə Nazirliyinin saytına istinadla bildirir ki, Ordu bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bəli, Ermənistan sülh danışıqlarına yaxınlaşdıqca, sanki bu ölkənin siyasi rəhbərliyinin ürəyinə şeytan niyyəti salınır. Amma o da var ki, Paşinyan bu günlərdə səmimi etiraf etdi ki, Ermənistan sülh müqaviləsi bağlamaq istəyir, amma başı Ukraynada özünə qarışmış rəsmi Moskva buna imkan vermir. 

Görünür elə bu kimi səbəblərdəndir ki, Ermənistan uzun illərdir Rusiyanın qoltuğunda gəzir və zəlil iqtisadi duruma salınıb. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN