Regionda ən ucuz yanacaq Azərbaycanda, ən baha qiymətə satılan isə Gürcüstandadır.

Bu barədə Gürcüstan KİV-ində yazı dərc edilib.

“Globalpetrolprices”in məlumatına görə, regionda ən ucuz yanacaq Azərbaycandadır, burada benzinin orta qiyməti 0,59 dollar (1,59 lari), dizelin qiyməti isə 0,47 dollar (1,26 lari) təşkil edir. Siyahıda Azərbaycandan sonra Rusiya gəlir. Rusiyada 1 litr benzinin orta qiyməti 0,82 dollar (2,21 lari), dizel 0,85 dollar (2,29 lari) təşkil edir. Ermənistanda adi benzin orta hesabla 1,23 dollar (3,31 lari), dizelin orta qiyməti isə 1,21 dollar (3,25 lari) təşkil edir. Türkiyədə 1 litr benzinin orta qiyməti 1,25 dollara (3,36 lari), dizelin qiyməti isə 1,38 dollara (3,71 lari) çatır.

Yazıda qeyd edilir ki,  Gürcüstanda benzinin orta qiyməti 3,68 lari, dizelin isə 4,55 laridir.

Və vurğulanır ki, yanacaq qonşu ölkələr arasında Gürcüstanda ən baha qiymətə satılır. Qeyd edilir ki, Azərbaycan və Rusiya hasil edən ölkələr olsa da, yanacaq istehsal etməyən Türkiyə və Ermənistanda Gürcüstandan daha ucuzdur.

Xatırladaq ki, Azərbaycanda “Aİ-95” premium markalı benzin 2 manata (1.18 dollara), Aİ-98 markalı benzin 2,3 manata , Aİ-92 markalı benzin 1 manata, dizel yanacağı isə 80 qəpiyə satılır.

Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür və buna görə də xaricdən idxal edilir.

Əlbəttə, Azərbaycan neft ixracatçısı olan ölkə olduğu üçün yerli istehsal yanacaq növlərinin qiymətlərinin daha ucuz olması arzuolunandır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN