Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində sosial cəhətdən həssas qruplardan olan 826 şəxsə münasib iş yerlərinə göndəriş verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən əldə etdiyimiz məlumata görə, onlardan mühüm bir hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və əlilliyi olanlardır. Göndəriş verilən şəxslərdən artıq 264 nəfəri ilə işəgötürənlər arasında əmək müqaviləsi bağlanıb və onlar işə başlayıblar. Hazırda digərləri ilə də əmək müqavilələrinin bağlanması prosesi davam edir.

Proqramda iştirak üçün bu günədək 114 işəgötürən ilə müqavilə imzalanıb və göndəriş verilən şəxslər də həmin işəgötürənlərə aid müəssisələrdə işlə təmin olunurlar.

“Məşğulluq” altsisteminə vakansiyalar  yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama  linkinə daxil olaraq müraciət edə bilərlər. Həmin proqram əsasında göndəriş verilmiş və işəgötürənlər tərəfindən işlə təmin edilən şəxslərin əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

ELBAR

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN