OPEC+ sazişində iştirak edən bir neçə ölkə 2023-cü ilin sonuna qədər davam edəcək neft hasilatını könüllü olaraq azaltmağa başlayıb.
Hasilatın ümumi həcmi sutkada 1,66 milyon barrel azalacaq.
Ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı da daxil olmaqla, bəzi OPEC+ ölkələri aprelin 3-də alyansın nazirlər səviyyəsində monitorinq iclasından bir gün əvvəl may ayından 2023-cü ilin sonuna qədər neft hasilatını könüllü azaldacağını açıqlayıb. Monitorinq iclasından sonra OPEC-in saytında dərc olunan bəyanatda hasilatın azaldılması ilə bağlı qabaqlayıcı tədbirlərin neft bazarında sabitliyin qorunmasına yönəldiyi bildirilib.
Ümumilikdə 9 OPEC+ ölkəsi hasilata əlavə məhdudlaşdırıcı tədbirlər elan edib. Səudiyyə Ərəbistanı könüllü olaraq hasilatı sutkada 500 min barrel, İraq - 211 min barrel, BƏƏ - 144 min barrel, Küveyt - 128 min barrel, Qazaxıstan - 78 min barrel, Əlcəzair - 48 min barrel, Oman- 40 min barrel, Qabon - 8 min barrel azaldacaq.
Rusiya isə hasilatı iyunun sonuna qədər qüvvədə olan fevral ayından gündəlik 500 min barel azaltmaq qərarını ilin sonuna qədər uzadıb.
Həmçinin bildirilib ki, hasilatın könüllü azaldılması həcmi OPEC-in 2022-ci ilin noyabr ayından etibarən qüvvədə olan 2 milyon barrel azaltma planına əlavə olacaq.
JASMİN